Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Lukaşenko narahatdır: Qonşu ölkələr güclənir...

Baxılıb: 596     Tarix: 19-12-2019 15:19   

Belarusun hər iki tərəfində hərbi qüvvələr güclənməkdədir. Rusiyanın Qərbin əsas təhlükəsi kimi təqdim edilməsi Şimali Atlantika Alyansının əsas siyasətinə çevrilib.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Belarusun Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında söyləyib.
Lukaşenko qonşu Avropa ölkələrində NATO qoşunlarının artdığını, hərbi fəallığın yüksəldiyini, həmçinin, Rusiyanın aktiv olaraq döyüş vasitələrini inkişaf etdirdiyini qeyd edib.
“Belarus ordusu heç vaxt heç kimi təhdid etməyib, etmir və etməyəcək də. Ordumuz müharibəyə yol verməmək üçün bir vasitədir, lakin bizə qarşı təcavüz olarsa, ordu nəinki onu dəf etməyə, həmçinin, düşmənə dağıdıcı zərbə endirməyə da qadir olmalıdır”, - deyə Lukaşenko bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar