Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

2020-ci ildə bu postsovet ölkəsi parçalana bilər - Perenciyev

Baxılıb: 583     Tarix: 25-12-2019 16:35   

2020-ci ildə rəsmi Kiyevin Donbasla məşğul olmağa imkanı olmayacaq, belə ki, Ukraynaya yeni ərazi iddiaları irəli sürmək üçün pusquda gözləyən ölkələr var.
Qanunvehedef.az xəbər verir ki, bu barədə ”Xarkov” xəbər agentliynə müsahibə verən Q.V.Plexanov adına Rusiya Dövlət İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib. Onun sözlərinə görə, Donbasın Ukraynaya qaytarılması prosesi uğursuzluğa məhkumdur.
“2020-ci ildə Kiyevin Donbasla məşğul olmağa imkanı olmayacaq. Polşa və Macarıstanın ərazi iddiaları qeybə çəkilməyib və bu səbəbdən növbəti “Maydan” baş versə, qərb əraziləri də Ukraynadan ayrılacaq. Növbəti üsyan və ya çevrilişin başlanması isə mümkündür, belə ki, Kiyevdə siyasi mübarizə hökm sürür və əgər hakimiyyətə radikallar gəlsə, bəzi regionlar daha güclü dövlətlərin himayəsi altına keçəcək. Qərb Krım ssenarisini diqqətlə araşdırıb və bunu tam şəkildə Ukraynanın qərb ərazilərində gerçəkləşdirə bilər”, - deyə ekspert qeyd edib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar