Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rusiyadan ABŞ-a SƏRT XƏBƏRDARLIQ: Hazırlaşırıq və...

Baxılıb: 642     Tarix: 30-12-2019 11:46   

"Rəsmi Moskva ABŞ-ın "Şimal axını 2" təbii qaz boru xətti layihəsinə tətbiq edəcəyi sanksiyalara eyni şəkildə cavab verəcək".
Bunu Rusiya prezidentinin müavini Dmitri Kozak deyib.Rusiya hökumətinin ABŞ-ın sanksiyalarına qarşı tədbirlər planı hazırladığına diqqət çəkən Kozak boru xəttinin inşasının bütün maneələrə rəğmən, tamamlanacağını vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Energetika naziri Aleksandr Novak "Şimal axını 2"nin qalan 160 kilometrlik hissəsinin inşa ediləcəyini, digər hissəsinin isə "Qaprom"a aid "Akdemik Çerskiy" gəmisinin tamamlaya biləcəyini açıqlamışdı.
Xatırladaq ki, Vladimir Putin Almaniya kansleri Angela Merkellə ötən gün layihəyə dair telefonda müzakirələr aparıb./publika.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar