Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu gün ABŞ-da koronavirusa qarşı vaksinin sınağı keçiriləcək

Baxılıb: 613     Tarix: 16-03-2020 11:27   

Bu gün ABŞ-da Sietl Təcrübə-Araşdırma Mərkəzində könüllülər koronavirusa qarşı vaksinin ilk sınaq dozasını qəbul edəcək.
“Report” xəbər verir ki, məlumatı “Deutsche Welle” yayıb.
Bildirilib ki, təcrübədə 18-45 yaş arasında olan 45 könüllü iştirak edəcək. Onlar Massaçusets ştatındakı “Modern” bio-texnoloji şirkət, eləcə də ABŞ-ın Milli Səhiyyə İnstitutunun bazasında hazırlanmış müxtəlif dozada vaksin qəbul edəcəklər.
ABŞ-ın “Inovio Pharmaceuticals” şirkəti, Kanzas-siti Mərkəzi və Pensilvaniya Universitetində hazırlananan koronavirus vaksinin cari ilin aprel ayından klinik təcrübəsinə başlanılacaq. Həmin sınaqda onlarla könüllünün iştirakı gözlənilir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 148 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına 170 165 nəfər yoluxub. Bunların 77 260 nəfəri sağalıb, 6 515 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.шаблоны для dle 11.2