Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə yeni S-400-lər alır: Su-35-lər isə... - Rusiya

Baxılıb: 629     Tarix: 16-03-2020 14:28   

Türkiyəyə yeni partiya S-400 zenit raket kompleks sistemlərinin daşınması ilə bağlı məsələ gündəmdədir.
Qanunvehedef.az xəbər verir ki, bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.
“Türkiyə tərəfi ilə sistemin tərkibini, göndərmə tarixini və digər şərtlər haqqında müzakirələr aparırıq. Danışıqlar prosesi hazırda davam edir və yaxın gələcəkdə ortaq məxrəcə gələcəyimizə ümid edirik. Bir daha təkrar edirəm, məsələ gündəmdən düşməyib”, - D.Şuqayev bildirib.
Su-35 hərbi təyyarələrinin Türkiyəyə satılma ehtimalına toxunan xidmət direktoru tərəflər arasında mövzu ilə bağlı danışıqların aparıldığını bildirib:
“Ancaq danışıqlar aktiv şəkildə aparılmır. Türkiyə Su-35-ləri istəyib-istəməməsi ilə bağlı siyasi qərar verməlidir. Bu təyyarə üçün hələ rəsmi müraciət etməyib”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar