Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ermənistan parlamentində Paşinyanın istefası tələb olundu

Baxılıb: 802     Tarix: 09-06-2020 13:41   

Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin - müxalif Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) sədri Qaqik Tsarukyan baş nazir Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edib.
Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.
Onun fikrincə, hazırkı hökumətə vədlərini yerinə yetirmək üçün vaxt verilib, amma onlar bunu yerinə yetirməyib.
“İnvestisiya yoxdur, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuz oldu”, - Q.Tsarukyan söyləyib.
Eyni zamanda, parlamentdəki üçüncü ən böyük siyasi qüvvə olan İşıqlı Ermənistan Partiyası (İEP) da hökumətin ölkədə islahatlar aparmağa qadir olmadığını hesab edir.
İEP-dən ÇEP ilə danışıqlar aparılmadığı, lakin bunun istisna da təşkil etmədiyi vurğulanıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar