Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Lavrov Türkiyəyə niyə getmədi? – Çavuşoğlu açıqladı

Baxılıb: 702     Tarix: 15-06-2020 15:28   

Rusiya tərəfi ilə görüşün təxirə salınmasını böhran kimi qiymətləndirmək düzgün deyil.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə keçirdiyi brifinqdə deyib.
Rusiya ilə daha əvvəl də Liviyada atəşkəsin əldə edilməsi üçün birgə çalışmışıq. Bununla bağlı çalışmağa da davam edirik. Rusiya ilə təməl prinsiplər mövzusunda heç bir fikir ayrılığımız yoxdur. Ancaq atəşkəsin daimi olması və bundan sonrası üçün danışıqlara texniki səviyyədə davam etdirməyin daha faydalı olacağına qərar verdik. Masada problem yaranması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun iyunun 14-də planlaşdırılan Türkiyə səfərləri təxirə salınıb.шаблоны для dle 11.2