Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

“Pəncə-Qartal” əməliyyatı: Türkiyədən 5 sərt mesaj

Baxılıb: 686     Tarix: 16-06-2020 11:23   

Türkiyə ordusu “Pəncə-Qartal” əməliyyatı ilə Rusiya və ABŞ başda olmaqla, bölgədəki bütün tərəflərə sərt mesaj verdi.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb.
“İraqın şimalından Suriyanın şimalına, Liviyadan Qərbi Aralıq dənizinə qədər geniş ərazidə əməliyyat aparan Türkiyə ordusu əsasən bölgədəki digər qüvvələrə 5 mesaj göndərdi:
1. Son vaxtlar PKK ilə əlaqələri genişləndirən İraqın şimalındakı qüvvələrə terrorla mübarizədə qətiyyətli mövqeyini göstərdi.
2. İraqın yeni baş naziri və hökumətinə “İraq ölkədən terrorçuları təmizləməsə, Türkiyə əməliyyatları davam etdirəcək” mesajını verdi.
3. İrana PKK-nın qolu olan PJAK-ın Türkiyəyə hücumlarının qarşısını almadığı təqdirdə genişmiqyaslı əməliyyatların bu bölgələrdə də aparılacağını xatırlatdı.
4. Suriyada ABŞ və Rusiya başda olmaqla, PKK dəstəkçilərinə “Suriyada terrorçuların fəaliyyətinə icazə verilməyəcək” mesajını göndərdi.
5. “Pəncə-Qartal” əməliyyatı dünya ictimaiyyətinə Türkiyənin terrorizmə qarşı qətiyyətli mövqeyini və ordusunun gücünü bir daha göstərdi. Bu, PKK terrorçularına havadarlıq edən, hətta Liviyada Haftarı dəstəkləyən ölkələrə sərt mesaj kimi də dəyərləndirildi”, - məqalədə yazılıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı “Pəncə-Qartal” əməliyyatına başlayıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar