Xəbər lenti
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Şimali Koreya ordunu sərhədə toplayır

Baxılıb: 605     Tarix: 18-06-2020 11:33   
Şimali Koreya öz hərbçilərini Cənubi Koreya ilə sərhəddə yerləşən boşaldılmış postlara göndərib.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “Yonhap” agentliyi öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Şimali Koreya tərəfdə belə postların sayı 150 ədəddir. Onlardan 10-nu potensial toqquşma əraziləri sayılan bölgələrdə yerləşir.
Yüzlərlə Şimali Koreya əsgərinin artıq Keson sənaye kompleksində müşahidə edildiyi də açıqlanıb. Məhz bu kompleksdə yerləşən Cənubi Koreya müəssisələrində 2016-cı ilə qədər Şimali Koreyadan olan 50 min işçinin çalışdığı vurğulanıb.
Qeyd edək ki, bundan öncə Pxenyan 2018-ci ildə imzalanmış gərginliyin azaldılmasına dair razılaşmadan faktiki olaraq imtina edib. Şimali Koreya Baş Qərargahı Kımqansan və Kesonda hərbi bölmələrini yerləşdirmək, Cənubi Koreya yaxınlığında bütün hərbi təlimləri yeniləmək haqqında qərar qəbul edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar