Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Putin Suriyanı Xəzərdən vuranı ordu generalı etdi

Baxılıb: 822     Tarix: 24-06-2020 10:25   

Rusiya Prezidenti Vladimir Putin Cənub Hərbi Dairəsinin komandanı Aleksandr Dvornikova ordu generalı rütbəsinin verilməsi ilə bağlı sərəncam imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya hüquq informasiya portalı məlumat yayıb.
Qeyd edək ki, Dvornikov indiyə qədər general-polkovnik rütbəsi daşıyıb. O, 2016-cı ildə Cənub Hərbi Dairəsinə rəhbər gətirilib.
Dvornikov bundan öncə Rusiyanın Suriyadakı qoşunlarının komandanı olub. Onun komandanlığı dövründə Rusiya ilk dəfə Xəzər dənizindən Suriyadakı İŞİD obyektlərinə “Kalibr” raketləri ilə zərbə endirib. Bu əməliyyata birbaşa Dvornikov rəhbərlik edib.
Cənub Hərbi Dairəsi 2010-cu ildə yaradılıb. Bu dairə ölkənin cənub sərhədlərinin, xüsusilə Şimali Qafqazın müdafiəsi üçün nəzərdə tutulub. Cənub Hərbi Dairəsinin tərkibinə, həmçinin, Rusiyanın Krım, qondarma Cənubi Osetiya və Abxaziya, eləcə də Ermənistandakı hərbi bazalar da daxildir.



{sape_links}{sape_article}