Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Haftar Misiri Liviya savaşına “çağırmağa” hazırlaşır

Baxılıb: 1 051     Tarix: 24-06-2020 17:29   

Əgər Liviya Milli Razılıq Hökuməti Sirt və Əl Cufra şəhərini tutsa, “Liviya xalqı” (qiyamçı Haftar ordusu nəzərdə tutulur – red.) rəsmi şəkildə Misirdən Liviyadakı hərbi konfliktə müdaxilə etməyi xahiş edəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu MENA agentliyinə müsahibəsində qiyamçı Haftarın tərəfində olan Liviya Nümayəndələr Palatasının sədri Aqil Saleh deyib.
“Əgər terror qruplaşmaları (BMT tərəfindən tanınan qanuni hökumət nəzərdə tutulur – red.) qırmızı xətti keçsə, bu qanuni özünümüdafiə halı olacaq”, – deyə o bildirib.
Spiker Liviyaya qarşı silah embarqosunun yalnız Liviya Milli Ordusuna aid edildiyini deyib.
Qeyd edək ki, bundan öncə Misir Prezidenti Sisi Liviyaya hərbi müdaxilənin mümkünlüyünü açıqlamışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar