Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şok çağırış: Ehtiyatlı olun, erməni məkri başlayır... - Video

Baxılıb: 447     Tarix: 24-07-2020 13:16   
Srağa gün gecə Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb. Amma buna sevinmək lazım deyil. Əksinə, bunu Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı irimiqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev qeyd edib.
O bildirib ki, sabah onlar eyni asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilərlər:
“Bu fonda Los-Ancelos, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər.
Dostlar, ehtiyatlı olun. Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya hətta qəbul etməsə də, erməni vəhşiliyini gördü.
Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin.
Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz?
Ayıq olun!
Bizim “Qana qan!”şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!”
шаблоны для dle 11.2