Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Taliban ABŞ bazalarını raket atəşinə tutur

Baxılıb: 551     Tarix: 31-08-2020 11:19   

Taliban hərəkatı ABŞ hərbi bazalarını raket atəşinə tutub. Raket atışları ABŞ tərəfi ilə Taliban arasında razılaşmanın şərtlərinin açıq şəkildə pozulması deməkdir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, iyulun sonunda Əfqanıstanın cənubundakı Hilmənd əyalətindəki Kemp Bastion aviabazası yaxınlığına 10-dan çox raket atılıb. Bu bazadan həm ABŞ, həm də Əfqanıstan əsgərləri istifadə edir.
Nəşrin məlumatına görə, avqustun sonlarında ABŞ-ın həmin bölgədə yerləşən Kemp Duayer bazasına da bir neçə mərmi atılıb. Amma Taliban komandirlərindən biri heç bir bazaya raket zərbələrinin endirilmədiyini bildirib. O bu hadisə ilə bağlı istintaq aparılacağını vurğulayıb.
Digər tərəfdən ABŞ hərbçilərindən birinin məlumatına görə, raket zərbələrini anlaşmaya qarşı olan Taliban qruplaşmalarından biri edə bilərdi.
Qeyd edək ki, hücumlar nəticəsində heç kim zərər görməyib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar