Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

YAP: Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi təsdiqləndi

Baxılıb: 591     Tarix: 04-09-2020 15:10   

Rusiyanın ermənipərəst mövqeyi ilə fərqlənən "Regnum" informasiya agentliyi 4 sentyabr tarixli "Dağlıq Qarabağın yeni ümidləri" adlı məqaləsində Rusiya tərəfindən Ermənistana yeni silahlar göndərildiyini təsdiq edib.
Bu barədə Yeni Azərbaycan Partiyasının məlumatında bildirilir.
Qeyd olunub ki, agentlik ənənəsinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin tarixi, mahiyyəti və nizamlanması ilə əlaqədar real faktları ən kobud şəkildə təhrif etməkdən çəkinməyib.
Bildirilib ki, agentlik 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı sayəsində başlayan döyüşlərin həqiqi səbəblərini tamamilə yanlış və açıq qərəzli şəkildə təqdim edib.
"Diqqətiçəkən məqam ondan ibarətdir ki, sözügedən agentlik iyul döyüşlərindən sonrakı vəziyyəti "Bakının Ermənistana yeni Rusiya silahlarının göndərilməsinə sərt və acıqlı reaksiyası" kimi qiymətləndirməklə, əslində iyul döyüşlərinin ardınca Rusiyanın təcavüzkar Ermənistanı silahlandırdığını təsdiq edib",-deyə məlumatda vurğulanıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar