Rusiyada pensiya yaşı artırıldı – Amma pensiya məbləği ilə birlikdə…
Baxılıb: 734 Tarix: 14-06-2018 17:20
Qanunvehedef.az Rusiya mətbuatına istinadla bildirir ki, ölkənin baş naziri Dmitri Medvedev gələn ildən etibarən pensiya yaşının artırılacağını bəyan edib. Yeni layihəyə görə, Azərbaycanda olduğu kimi, şimal qonşumuzda da kişilər 65, qadınlar isə 63 yaşında pensiyaya çıxacaqlar. Hökumətin iclasında çıxış edən baş nazir bu işin mərhələli şəkildə aparılacağını və uzun müddətli keçid prosesindən sonra kişilərin 2028-ci, qadınların isə 2034-cü ildə müvafiq olaraq, 65 və 63 yaşında təqaüdə gedəcəyini söyləyib.
Rusiyada narazılığa səbəb olan və çox sərt variant kimi göstərilən yeni qanun layihəsinin müsbət tərəfi isə odur ki, baş nazirin dediyinə görə, pensiya yaşının artırılması pensiya məbləğinin də ciddi artımına səbəb olacaq. Belə ki, Medvedev pensiyaların ildə orta hesabla 1000 rubl artırılacağını söyləyib. Misal üçün deyə bilərik ki, Azərbaycanda pensiya yaşı artırılsa da, pensiya məbləğində ciddi sayılacaq hər hansı artım olmadı. Baş nazir yeni qanun layihəsinin digər detallarını açıqlamayıb.
Xatırladaq ki, indiyə qədər Rusiyada kişilər 60, qadınlar isə 55 yaşında pensiyaya çıxırdılar.
Ən çox oxunanlar
Son xəbərlər