Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABŞ-dan Türkiyəyə silah qadağası: Layihə təsdiqləndi

Baxılıb: 501     Tarix: 19-06-2018 12:20   

Pentaqonun büdcəsinin müəyyənləşməsindən sonra ABŞ Konqresində Milli Müdafiə haqqında qanun layihəsi təsdiqlənib.
Qanunvehedef.az xəbər verir ki, qanun layihəsinin Türkiyə ilə bağlı hissəsinə "Patriot" hava hücumundan müdafiə sistemlərinin, "Çaynuk" tipli ağır nəqliyyat, "AH-1 Kobra", "H-60 Black Havk" tipli hücum helikopterlərinin, F-35 və F-16 hərbi təyyarələrin Türkiyəyə satılmasını qadağan edən xüsusi maddə əlavə olunub. Müdafiə nazirinin 60 gün ərzində Xarici İşlər naziri ilə məsləhətləşərək layihənin sənədlərini konqresə təqdim etməsi qərarlaşdırılıb. Qanun daha sonra təsdiqlənməsi üçün ABŞ Prezidenti Donald Trampa təqdim olunacaq.
Hesabat tamamlanmadan hər hansı silahın Türkiyəyə satışına icazə verilməməsi də qanunda qeyd olunub.
Qeyd edək ki, may ayında ABŞ Nümayəndələr Palatasında qəbul edilən Milli Müdafiə Təqdimatı Aktına əsasən, F-35 təyyarələrinin Türkiyəyə satışının təxirə salınmasına qərar verilmişdi.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar