Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Lukaşenko ölkəni necə xilas etdi... - Stratfor

Baxılıb: 533     Tarix: 22-06-2018 12:21   

Belarus Rusiya üçün sadiq müttəfiq olmaqdan imtina edib və Qərblə Moskva arasında neytral vasitəçi mövqeyi tutmağa başlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu iddia ilə “Stratfor” şirkəti çıxış edib.
“2011-ci ildə Belarus rus orbitində yerləşirdi və Qərbdən siyasi baxımdan tam təcrid olunmuşdu. 2010-cu ildəki prezident seçkisinə görə keçirilən aksiyaların dağıdılmasından sonra Avropa Birliyi və ABŞ Belarusun rəhbər şəxslərinə, o cümlədən Prezident Aleksandr Lukaşenkoya sanksiyalar tətbiq etdi. Rusiya Belarusun yeganə böyük müttəfiqi idi. Hər şey 2014-cu ildə Ukraynadakı Maydan hadisələrindən sonra dəyişdi. Lukaşenko ağıllı siyasət yürüdərək, Belarusu Rusiyanın etibarlı müttəfiqindən Moskva və Qərb arasındakı vasitəçiyə çevirdi. Minsk Rusiya, Ukrayna və Avropa Birliyi rəsmilərinin danışıqları üçün əsas məkanlardan biri oldu. Lukaşenko ölkənin coğrafi vəziyyətini geosiyasi üstünlüyə çevirə bildi. Nəticədə Ukrayna konfliktinin Belarusa yayılmasının qarşısını aldı”, - o bildirib.



{sape_links}{sape_article}