Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Köçəryanla Sərkisyan bir-biri ilə savaşır

Baxılıb: 567     Tarix: 13-04-2021 12:16   

Ermənistan müxalifəti güman edirdi ki, əsas qüvvələri birləşdirib, seçkiyə vahid cəbhə olmasa da, bir neçə böyük blokla gedə biləcək, amma o, məyus oldu.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.
“Bu günlərdə çox müxalifətçilər böyük birliyin alınmamasından, üstəlik mövcud olanların da daha kiçiklərə parçalana biləcəyindən əsəbiləşiblər. Onlar birləşməyə mane olan əsas günahkarların Serj Sərkisyan və Robert Köçəryan olduğunu bildiririrlər. Onların Nikol Paşinyandan çox bir-biriylə mübarizə apardığı deyilir. Əgər fikir ayrılıqları barədə unudub birləşsəydilər, Paşinyana ağır olardı”, – deyə məqalədə bildirilib.
Sərkisyanın hakimiyyətə iddia etmədiyi, daha çox öz siyasi komandasının taleyini həll etməyə çalışdığı vurğulanıb. Köçəryana gəlincə isə onun haqq qazandırılmayacaq ambisiyalarının olduğu, heç kimlə kompromisə getmədiyi qeyd edilib. Məhz bunun üçün Köçəryanla birləşənlər, eləcə də daşnaklar arasında tərəddüdlər başlayıb.шаблоны для dle 11.2