Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Tramp ABŞ “dərin dövləti”nin qurduqlarını dağıdır?

Baxılıb: 523     Tarix: 23-06-2018 10:36   

ABŞ özünü artıq dünyada sülhün, əmin-amanlığın, demokratiya və insan hüquqlarının cavabdehi kimi göstərmək istəmir.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında politoloq Əhəd Məmmədli ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxması qərarına münasibət bildirərkən deyib. O bildirib ki, bu təşkilatları vaxtı ilə ABŞ qurub:
“Ona görə ABŞ-ın bu təşkilatlardan imtinası qeyri-mümkündür. Bu, sadəcə, növbəti Tramp şousudur. Tramp istəsə də, o təşkilatardan imtina edə bilməz. Çünki Tramp təkbaşına Amerikanı idarə etmir. Həmin təşkilatları Amerikanın dərin dövləti qurub. Bu cür təşkilatların vasitəsilə ABŞ bütün dünyaya təsir edir”.
Politoloq vurğulayıb ki, Tramp bu addımı ilə Amerikanın artıq heç nəyə cavabdeh olmadığı mesajını verir:
“Tramp üçün onsuz da demokratiya, insan hüquqları əsas deyil. Tramp demokrat deyil, biznesmendir. Amerika prezidentlərinin birinin dediyi kimi, zatən ABŞ-ın işi də həmişə biznes olub. Sadəcə, indi Tramp bunu verdiyi qərarlar, atdığı addımlarla açıq göstərir. Bu addımla yeni dünya düzəni qurmaq olmaz. Amma dünya XIX əsr düzəninə qayıdır. Keçmişdəki kimi artıq dünyada bir və iki qütb olmayacaq. Bir neçə qütb olacaq. ABŞ istəsə də, istəməsə də, dünya buna gedir”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar