Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türk PA Türkiyədə seçkiləri izlədi

Baxılıb: 542     Tarix: 24-06-2018 23:29   

Milli Məclisin komitə sədri və Türk PA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri Əhliman Əmiraslanovun rəhbərliyi ilə Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentləri üzvlərindən təşkil olunan Türk PA Beynəlxalq Müşahidəçilər Missiyası Türkiyədə keçirilən prezident və parlament seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Ankarada səfərdədirlər.
Qanunvehedef.az xəbər verir ki, missiyanın üzvləri paytaxt Ankarada bir sıra dairələrdə seçki məntəqələrini ziyarət edərək səsvermə prosesini müşahidə ediblər. Missiya üzvləri səslərin sayılması prosesində də iştirak ediblər.
Türk PA nümayəndələri müşahidə proqramı çərçivəsində bir sıra görüşlər keçiriblər.
Missiya üzvlərinə hazırlıq prosesinin texniki və logistik məsələləri barədə məlumat verilib. Missiyanın rəhbəri Əhliman Əmiraslanov seçkilərin ədalətli, sərbəst və şəffaf şəkildə keçiriləcəyinə inamını ifadə edib.
Müşahidə missiyasının tərkibində Milli Məclisinin deputatları Səttar Möhbalıyev, Şəmsəddin Hacıyev və İlham Əliyev də təmsil olunublar.шаблоны для dle 11.2