Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ərdoğanın seçkinin taleyini həll edən qərarı... – Şərh

Baxılıb: 456     Tarix: 26-06-2018 16:30   

Türkiyədə seçki bir fəlsəfəni də ortaya qoydu ki, siyasətçilər araşdırmalarla, rəy sorğuları ilə işləməyi bacarmalıdır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Türkiyədəki 24 iyun seçkilərinin nəticələrini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçinin sözlərinə görə, Türkiyədə seçki nəticələri göstərdi ki, sosial media ilə real həyat fərqlidir:
“Türkiyədə seçki bir fəlsəfəni də ortaya qoydu ki, siyasətçilər araşdırmalarla, rəy sorğuları ilə işləməyi bacarmalıdır. Məsələn, seçki sonrası bəlli oldu ki, Rəcəb Təyyib Ərdoğanın Dövlət Baxçalı ilə ikili ittifaq formalaşdırması strateji baxımdan doğru və vacib addım idi. Bu olmasaydı, Ərdoğanın birinci turda prezident seçilməsi şansı azala bilərdi. Ancaq Ərdoğan bu qərarı qəfil verməyib, onun müşavirləri siyasi analitiklərə araşdırmalar və rəy sorğuları sifariş verib və nəticələri analiz ediblər. Yekun qərar bu nəticələr əsasında verilib. Dövlət Baxçalının rəhbəri olduğu MHP də araşdırmalar aparıb və bu qənaətə gəlib ki, partiya üçün ən düzgün yol AKP ilə ittifaqdır”.
Qeyd edək ki, 24 iyunda Türkiyədə prezident və parlament seçkiləri baş tutub. Prezident seçkisində Rəcəb Tayyib Ərdoğan 52,5% səslə qalib gəlib.шаблоны для dle 11.2