Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Soros AŞPA-ya böyük təzyiqlər göstərir - Aqramunt

Baxılıb: 535     Tarix: 26-06-2018 17:13   

Avropa Şurası Parlament Assambleyası nəzdində Azərbaycana və digər bəzi ölkələrə qarşı ikili standartlar yürüdülməsi adət halını alıb. Uzun illər bu cür hallara qarşı mübarizə aparmışam. Bəzi ölkələrin lobbi qrupları AŞPA-da Azərbaycan, Rusiya təmsilçilərinə və hətta mənə qarşı böyük təzyiqlər göstəriblər.
Bu fikri Azərtac-a müsahibəsində ispaniyalı parlamentari Pedro Aqramunt söyləyib.
O deyib ki, Avropa Şurasında lobbi təzyiqləri böyükdür və onların arxasında iqtisadi maraqlar dayanır. Neçə illərdir bu qurumda ikili standartların şahididir.
Pedro Aqramunt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra hansı yeniliklərin olacağı bəlli deyil, ancaq onun mövqeyi aydındır:
“Mən həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışam, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu demişəm. Dağlıq Qarabağ və ona bitişik 7 rayonun 25 ildən artıqdır Ermənistanın işğalı altında olması faktdır. Hərbi işğalın davam etməsi qəbuledilməzdir. Avropa bunu qəbul edə bilməz. Münaqişənin həlli tapılmalıdır. Plenar iclaslarda bunu dəfələrlə səsləndirmişik.
Təəssüf ki, AŞPA-da Corc Soros fondu tərəfindən maliyyələşdirilən lobbi qrupları və QHT-lər bəzi ölkələrə və deputatlara qarşı təzyiq göstərir, qurumun işinə mane olurlar”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar