Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Tiflis qaynayır: KİV istefa tələb edir, Qaribaşvili isə...

Baxılıb: 466     Tarix: 12-07-2021 13:56   

Gürcüstan parlamenti qarşısında KİV nümayəndələri, siyasətçilər, vətəndaş cəmiyyəti üzvləri, aktivistlər və sadə vətəndaşların mitinqi keçirilir.
Qanunvehedef.az xəbər verir ki, etirazçılar 5-6 iyul LGBT nümayəndələrinə qarşı mitinqi işıqlandırmaq istəyən jurnalistlərə qarşı zorakılıq həyata keçirənlərin, Pirveli TV-nin operatoru Lesko Laşkavaranın ölümündə günahkar olanların cəzalandırılmasını tələb edirlər. Etirazçılar həmçinin Baş nazir İrakli Qaribaşvili və daxili işlər naziri Vaxtanq Qomelaurinin istefaya getməsini istəyirlər.
KİV nümayəndələrinin artıq parlamentə daxil olduğu və deputatlarla görüş tələb etdiyi bildirilib. Onların parlamentə girməsinə Vahid Milli Hərəkat Partiyasından olan deputat Niki Maçutadzenin kömək etdiyi vurğulanıb.
Gürcüstan Baş naziri İrakli Qaribaşvili isə Tiflisdə baş tutan mitinqlə bağlı az öncə bəyanat yayaraq, antihökumət mitinqlərini növbəti uğursuz sui-qəsd adlandırıb. O, bunun təkcə dövlətə yox, həm də kilsəyə qarşı olduğunu bildirib:
“Müxalifət televiziyaları – “Mtavari Arxi”, Pirveli TV və “Formula” Mixail Saakaşvili və onun oğurladığı maliyyə ilə idarə olunur. Onların əsas məqsədi hökuməti hansısa yolla devirib, güc yoluyla hakimiyyətə qayıtmaqdır ki, buna da biz yol verməyəcəyik”.
Qeyd edək ki, dünən də Tiflisdə eyni qüvvələrin böyük mitinqi keçirilmişdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar