Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"Hakimiyyətə gələcəyi halda "Taliban"la əməkdaşlıq edəcəyik" - Britaniyanın müdafiə naziri

Baxılıb: 476     Tarix: 14-07-2021 10:38   

“Əfqanıstanda on illərlə sürən münaqişədən sonra Prezident Əşrəf Qəni hakimiyyəti “Taliban”la bir yerdə işləməlidir”.
“Report” “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Daily Telegraph”a müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, hakimiyyətə gələcəyi təqdirdə “Taliban”la əməkdaşlıq etməyə hazırdırlar. Ben Uolles deyib ki, hakimiyyətdən asılı olmayaraq Britaniya hökuməti onlarla beynəlxalq hüquq normaları yerinə yetiriləcəyi şərti daxilində əməkdaşlıq edəcək. Nazirin sözlərinə görə, onlar insan hüquqlarını pozarlarsa krallıq istənilən əlaqəsinə yenidən baxacaq.
O, ölkəsinin “Taliban”la perspektivdə əlaqəsinin ziddiyyətli olacağını etiraf edib. Bununla belə o, Əfqanıstan Prezidenti Əşrəf Qəni və “Taliban”ı öləkənin əmin-amanlığı, inkişafı üçün bir yerdə işləməyə çağırıb.
Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. "Taliban" qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar