Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Avropa "Putini başa düşən" bir siyasətçini itirir

Baxılıb: 307     Tarix: 02-08-2021 10:56   
Almaniya kansleri Angela Merkel 2014-cü ildə Ukraynada yaranmış böhran səbəbindən Moskvaya qarşı sanksiyaların hər zaman güclü tərəfdarı olub. Bununla yanaşı, Almaniya və Avropa onun gedişi ilə Rusiya və Prezident Vladimir Putini başa düşən, eyni zamanda çətin problemlərin dialoq yolu ilə həll edilməli olduğuna inanan bir siyasətçini itirəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu "Nəşnl İnterest" nəşrinin yazarı Torrey Taussiq qeyd edib.
Yazar vurğulayıb ki, Vaşinqton və Kiyev Merkeli Ukraynadan yan keçən qaz boru kəmərinə görə sərt tənqid ediblər:
"Almaniyada sentyabr seçkiləri ərəfəsində ölkənin əsas siyasi partiyaları Rusiyaya qarşı fərqli yanaşmalar təqdim ediblər. Yaşıllar fraksiyasının nümayəndəsi Annalena Berbok iqtidara gələrsə, Şimal Axını-2-ni bloklaya və Moskva və Pekinə qarşı çıxa bilər. Müşahidəçilərin fikrincə, bu mövqe Vaşinqtonda da rezonans doğurur".
T.Taussiq bildirib ki, Armin Lasçet qələbə qazanarsa, Almaniya-Rusiya münasibətləri hər şeydən əvvəl iqtisadi maraqlarla şərtlənəcək və geosiyasət arxa plana çəkiləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar