Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

ABŞ yeni "PAC-3" hava hücumundan müdafiə sistemini sınaqdan keçirib

Baxılıb: 302     Tarix: 10-08-2021 10:32   

ABŞ-da “Patriot PAC-3” hava hücumundan müdafiə sistemi uğurla sınaqdan keçirilib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkətindən bildirilib.
Şirkətin internet saytında verilən məlumata görə, raket poliqonunda uçuş sınaqları zamanı “PAC-3” versiyalarından birinin hədəfləyicisinin modernləşdirilməsi nümayiş etdirilib və digərinin etibarlılığı təsdiq olunub – hər iki sistem ballistik raketləri uğurla zərərsizləşdirib.
Hesabatda qeyd olunur ki, “PAC-3” hava hücumundan müdafiə sistemləri üçün raket və buraxıcı qurğuların proqram və aparat təminatı təkmilləşdirilib.
Şirkətdən verilən məlumata görə, ilin sonunda əlavə sınaqların keçirilməsi gözlənilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar