Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Caqaryanın paylaşdığı bu foto Zərifi özündən çıxartdı

Baxılıb: 294     Tarix: 12-08-2021 10:50   
Rusiyanın Tehrandakı səfiri Levan Caqaryanın İngiltərənin Tehrandakı yeni səfiri Simon Şerklif ilə rəsmi Tvitter hesabında paylaşdığı foto iranlıların narazılığına səbəb olub. Caqaryan paylaşımında “İngiltərənin səfiri Simon Şerklif ilə 1943-cü ildə Tehran Konfransının keçirildiyi tarixi pilləkəndə görüşümüz” ifadəsini yazıb.
Qanunvehedef.az xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif səfirin paylaşımına sərt reaksiya verib.
“2021-ci ilin avqustunun nə 1941-ci ilin, nə də 1943-cü ilin dekabrı olmadığını xatırlatmağa ehtiyac var? İran xalqı nüvə razılaşması danışıqları da daxil olmaqla, heç vaxt xarici səfirliklərin və ya xarici güclərin göstərişinə tabe olmayacağını göstərdi”, - Zərif bildirib.
Sözügedən yazı İranın sosial media istifadəçiləri arasında da reaksiyalara səbəb olub.
Qeyd edək ki, İranın 28 noyabr-1 dekabr 1943 tarixlərində İngiltərə Prezidenti Uinston Çörçill, Sovet İttifaqı dövlət başçısı İosif Stalin və ABŞ Prezidenti Franklin Ruzvelt arasında İranda keçirilən Tehran Konfransına o dövrün İran rəhbərliyi dəvət edilməmişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar