Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiyanın özünü qoruyan lazımdır - Arşakyan

Baxılıb: 323     Tarix: 13-08-2021 14:37   

Azərbaycan bütün dünya ilə dost olub ordusunu inkişaf etdirdi, Ermənistan isə həmin illər ərzində Rusiyadan "metalalom" aldı. İşlək, yeni nə var idisə, onları bizim “məğrur” əsgərlərimiz döyüş meydanında qoyub qaçdılar. Həmin hərbi texnika da Azərbaycana qaldı. Biz hazırda Rusiyaya görə bu gündəyik.
Qanunvehedef.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Tevos Arşakyan yazıb.
Onun sözlərinə görə, Ermənistan illərdir kor-koranə Rusiyanın çəkdiyi yolla getdi və sonda hər şeyini itirdi.
“Elə bilirsiz Ermənistan müharibədə uduzduqdan sonra nəyisə başa düşdü? Səhv edirsiz. Ermənistan müdafiə naziri ilk rəsmi səfərini hara etdi? Əlbəttə ki, Moskvaya. İrəvan hələ də inanır ki, Rusiya onu qoruyacaq. Üzr istəyirəm, Moskva o gündədir ki, onun özünü qoruyan lazımdır. Rusiya ordusu ağlar vəziyyətdədir. Bu cür vəziyyətdə olan ölkə Ermənistanın ordusunu modernizə edəcək? Gülməlidir”, - erməni ekspert qeyd edib.шаблоны для dle 11.2