Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Əşrəf Qənini təqib etməyəcəyik” - “Taliban”

Baxılıb: 379     Tarix: 23-08-2021 10:39   

“Əşrəf Qənini təqib etməyəcəyik”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının nümayəndəsi Xəlil Ür-Rəhman Hakkani söyləyib.
Onun sözlərinə görə, “Taliban”la Əşrəf Qəni və vitse-prezident Əmirulla Saleh arasında düşmənçilik yoxdur: “Onlar Əfqanıstanda yaşaya bilərlər”.
Nümayəndə həmçinin Əfqanıstan xalqına çağırış edib. O, insanları təbliğata uymamağa və ölkəni tərk etməməyə çağırıb.
Hakkani etnik mənsubiyyətindən asılı olmayaraq hamının Əfqanıstanda sakit yaşaya biləcəyini əlavə edib: "Taciklər, bəluclar, puştunlar və həzaralar - hamısı bizim qardaşlarımızdır".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar