Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Neftçi”nin ilk prezidenti hələ də dəfn edilməyib – Səbəb

Baxılıb: 334     Tarix: 03-09-2021 14:04   

Ötən gecə koronavirusdan dünyasını dəyişən “Neftçi” klubunun ilk prezidenti Aydın İbrahimov dəfn edilməyib.
Qanunvehedef.az xəbər verir bunu mərhumun nəvəsi Nərminə Məmmədova Fanat.az-a açıqlamasında deyib.
“Babamın nəşi hələ də “Semaşko” xəstəxanasında morqdadır. Dəfn edilməsi üçün yer ayrılmayıb. “Neftçi” klubuna, Gənclər və İdman Nazirliyinə bununla bağlı müraciət etsək də, heç bir cavab gəlməyib. Heç olmasa dəfni üçün yer ayrılsın", - N.Məmmədova bildirib.
Məsələ ilə əlaqədar olaraq "Neftçi" klubunun mətbuat katibi Rüstəm Allahverdiyev deyib ki, ailəsi mərhumu II Fəxri Xiyabanda, öz məşqçisinin yanında dəfn etmək istəyir:
“Bununla bağlı kluba müraciət olunub. Kamran müəllim bu işlə məşğul olur".
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev isə nazirlik bu işlə məşğul olduğunu bildirib:
“Müvafiq qurumlarla danışıqlar aparılıb və məsələnin həlli üçün çalışırıq".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar