Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Qərb 2021”: 7 ölkənin hərbi kontingenti Rusiyaya gəldi

Baxılıb: 702     Tarix: 07-09-2021 14:51   

“Qərb 2021” strateji təlimlərində iştirak etmək üçün 7 ölkənin hərbi kontingenti Rusiyanın Nijeqorodsk vilayətindədir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiyanın Qərb Hərbi Dairəsi məlumat yayıb.
“Ermənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan və Şri Lankanın 500-ə yaxın hərbçisi Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə Qərb Hərbi dairəsinin döyüş təlim mərkəzinə çatıb və birgə təlimlərə başlamaq üçün silah, hərbi və xüsusi texnikanı qəbul etməyə başlayıb”, - məlumatda qeyd olunub.
Qeyd olunub ki, beş gün ərzində hərbçilər birgə təlimlərin keçiriləcəyi yerlərlə tanış olacaq, silah və hərbi texnikanın, xüsusən T-72B3 tankları, BMP-2 piyadaların döyüş maşınları, həmçinin AK-74M avtomatları, qumbaralar və pulemyotlardan atışlar həyata keçirəcəklər.
Qeyd edək ki, Rusiya-Belarus ortaq strateji təlimlərində 200 min hərbçi iştirak edəcək, təlimlərə 80 təyyarə və helikopter, 760-dək döyüş texnikası cəlb olunacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar