Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Tiflis yenə vədini pozdu, AB tənqid etdi

Baxılıb: 409     Tarix: 08-09-2021 12:33   

Avropa Birliyinin Gürcüstandakı səfiri Karl Xarçel Gürcü Arzusu Partiyasının baş prokurorun təyinatı prosedurunun dəyişdirilməsiylə bağlı Konstitusiyaya düzəliş etməkdən imtinasını tənqid edib.
Qanunvehedef.az xəbər verir ki, bunu o, jurnalistlərə açıqlamasında deyib.
“Təəssüf ki, Gürcüstan baş prokuroru seçkisinin keçirilməsi ilə bağlı əsas düzəliş ləğv edilib. Düzəliş təyinat üçün partiyalararası geniş dəstəyi təmin etməklə bərabər, baş prokurorun təyinatının yalnız bir partiyaya həvalə edilməsi riskini də azaldır”, – deyə o bildirib.
Qeyd edək ki, baş prokurorun təyinatı ilə bağlı Konstitusiyaya düzəliş öhdəliyini bir müddət öncə Gürcüstan hökuməti üzərinə götürmüşdü. Bu düzəlişə əsasən, baş prokuror parlamentdə kiçik səs çoxluğu ilə yox, səslərin 3/5-nü toplamaqla seçilməliydi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar