Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rusiyada kütləvi etiraz aksiyaları keçiriləcək – Pensiya yaşının qaldırılmasına qarşı

Baxılıb: 703     Tarix: 28-06-2018 15:50   

 Qanunvehedef.az Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bu gün Rusiyanın bir neçə şəhərində pensiya yaşının qaldırılmasına qarşı kütləvi etiraz aksiyası keçiriləcək.
Gözlənildiyi kimi, ən izdihamlı mitinq Novosibirsk şəhərində olacaq.
Xəbərə görə, pensiya islahatına qarşıYaroslavl və Kirov şəhərlərində də piket keçiriləcək. Yaroslavdakı mitinqin təşkilatçısı kimi, həmkarlar təşkilatları çıxış edir.
Novosibirskdə keçiriləcək tədbirin sifarihçisi qismində həmrəylik fəaliyyəti Komitəsi çıcış edir. Bu mitinq artıq şəhərdə həmin səbəblə kçirilən ikinci tədbirdir.
Bundan əvvəl ölkənin onlarla şəhərində pensiya yaşının qaldırılmasına qarşı aksiya keçirilməsi üçün sifarişlər verilib. Ancaq hakimiyyət bu müraciətlərə razılıq verməyə tələsmir. Məsələn, futbol üzrə Dünya Çempionatının keçirilməsi səbəbilə, Moskva, Ekaterinburq, Samara və Peterburqda artıq şəhər hakimiyyəti ilə razılaşdırılmış mitinqlər dayandırılıb. Amma çempionata aidiyyəti olmayan bəzi şəhərlərdə də yerli hakimiyyət etiraz aksiyalarının keçirilməsinə razılıq vermir. Belə şəhərlərin sayı 25-dən artıqdır. Təşkilatçıların sözlərinə görə, sifarişlərin razılaşdırılması məqsədli şəkildə yubadılır.
Məlum olduğu kimi, iyunun ortalarında Rusiya hökuməti Dövlət Dumasına bir qanun layihəsi təqdim edib. Bu sənəd tədrici olaraq, ölkədə pensiya yaşının 63-ə (qadınlar üçün) və 65-ə (kişilər üçün) qaldırılmasını nəzərdə tutur. Hökumət bu addımı guya, dövlət büdəsinin pensiya yükünün arması ilə izah etməyə çalışır. Amma mütəxəssislərin hesablamalarına görə, bu göstərici üzrə Rusiya, Avropa İttifaqı (Aİ) ölkələrinin bir çoxundan irəlidə gedir.
Pensiya yaşının qaldırılmasına əhalinin etirazlarının artıq küçəyə çıxması Rusiya üçün yaxşı heç nə vəd etmir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar