Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ruslar Xocalıda erməni uşaqlarına “sülh” dərsi keçdilər

Baxılıb: 478     Tarix: 15-09-2021 11:18   

Rusiya sülhməramlıları Xocalı rayonunun Əsgəran qəsəbəsinin Pirlər (Xramort) kəndinin orta məktəbində sülh dərsi keçiblər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, aksiyaya hərbi yol polisi, humanitar minalardan təmizləmə bölmələri və sülhməramlı kontingentin yanğınsöndürmə briqadasından rusiyalı mütəxəssislər cəlb edilib.
Dərslərdə 50-dən çox şagird iştirak edib. Rus hərbi mühəndisləri uşaqlara “KamAZ” bazasındakı AC-6-40 yanğınsöndürmə maşınının, elektron komponentlərə əsaslanan partlayıcı qurğuları aşkar etməyə imkan verən portativ partlayıcı qurğuların necə işlədiyini, ərazinin minalardan təmizlənməsini və mina detektorların işlərini nümayiş etdiriblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}