Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türk şirkətlərinin borcu 245 milyardı keçdi

Baxılıb: 477     Tarix: 02-07-2018 10:48   

Türkiyə şirkətlərinin xarici borcu 245,2 milyard dollara çatıb.
Qanunvehedef.az xəbər verir ki, şirkətlərin ümumi borcunun 225,1 milyard dolları uzun müddətli kreditlər, 20,1 milyard dollarını isə qısa müddətli kreditlər təşkil edib.
Ölkənin şirkətlərinin iyul ayında ödəməli olduğu kredit borcu 6,6 milyard dollar olacaq. 2019-cu ilin aprelinə qədər qapadılması gərəkən kredit borcu 70,3 milyard dollar təşkil edəcək.
Türk şirkətlərinin ən çox kredit borcu Avropa və Fars körfəzi ölkələrinədir. Belə ki, şirkətlərin Britaniyaya 33,9 milyard dollar, Almaniyaya 25,1 milyard dollar, ABŞ-a 20,8 milyard dollar, Niderlanda 20,2 milyard dollar, Bəhreynə 11,2 milyard dollar borcu var. Türk şirkətlərinin borclandığı bölgələr sırasında Kayman adaları da (5 milyard dollar) yer alır.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar