Merkelin varisi uduzur, Şolts önə keçdi
Baxılıb: 242 Tarix: 20-09-2021 10:23
Almaniyanın Sosial Demokrat Partiyasından kansler vəzifəsinə namizəd, hazırkı maliyyə naziri Olaf Şolts sonuncu teledebatdan sonra keçirilən sorğularda öndədir.
Qanunvehedef.az xəbər verir ki, bu məlumatı “Forsa” Tədqiqatlar İnstitutu yayıb.
Məlumata görə, Şoltsu vətəndaşların 42%-i dəstəkləyib. Ondan sonrakı yerlərdə Xristian Demokrat Partiyasından Armin Laşet (27%) və Yaşıllar Partiyasından Annalena Berbok (25%) qərarlaşıb.
Ən çox oxunanlar
Son xəbərlər