Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Afrində Atatürkün qərargahı tapıldı – Foto

Baxılıb: 532     Tarix: 02-07-2018 15:43   
Afrinin Racu bölgəsində Mustafa Kamal Atatürkün I Dünya müharibəsi illərində qərargah olaraq istifadə etdiyi ev tapılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Hatay Universiteti Tarix fakültəsinin professoru Süleyman Hatipoğlu danışıb.
Məlumata görə, 1918-ci ildə Fələstində Yeddinci Ordu komandiri vəzifəsini icra edən Atatürk həmin ilin oktyabr ayında əvvəlcə Hələbə, daha sonra isə Afrin mahalına gəlib. Tabeliyindəki ordu ilə Racudakı dəmiryolu stansiyasında möhkəmlənən Atatürk buradakı kürd və ərəblərdən müqavimət şəbəkəsi təşkil edərək, ordu birləşmələrinə dəstək verən bir milis qüvvəsi formalaşdırıb.
İsgəndərun və Reyhanlı, Qırıqxan, Belen, Dər əl-Camal və Tel-Rıfat boyu uzanan xətti Atatürk qoruyub. Cənubdan Afrin istiqamətində irəliləyən ingilis ordusu 26 oktyabr 1918-ci ildə Katmada Yeddinci Ordu ilə qarşı-qarşıya gəlib. Atatürkün rəhbərliyi ilə Osmanlı ordusu və yerli qüvvələr Katmada ingilislər üzərində qələbə qazanıb.


шаблоны для dle 11.2