Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

“Putinlə Trampın görüşü təhlükəlidir…” – Avropa narahatdır

Baxılıb: 489     Tarix: 03-07-2018 19:06   

Məşhur “The Times” dərgisi yazır ki, Donald Trampla Vladimir Putinin Helsinkidəki sammitdə təkbətək görüşməsi ehtimalı Qərbdə ciddi narahatlıq yaradıb.
Qəzet bildirir ki, xüsusilə Avropanın siyasi dairələrinə görə, Tramp Putinlə göz-gözə söhbətdə təhlükəli güzəştlərə gedə bilər. Bu güzəştlərə hətta Ukraynaya aid olan Krımın Rusiya ərazisi kimi tanınması və hətta ABŞ hərbi qüvvələrinin Almaniyadan çıxarılması aid ola bilər.
Bu məsələ ilə bağlı suallara cavab verən Trampın məsləhətçisi Con Bolton isə bildirib ki, bu sadəcə “iki şəxsin görüşüdür”. Və hətta əksinə, ABŞ prezidenti çalışacaq ki, Putini İranın Suriyadan çıxarılmasına yardım etməyə razı salsın.
Avropalıların Tramp sarıdan narahatlıq keçirməsi təsadüfi deyil. Belə ki, onlar ABŞ prezidentinin Şimali Koreya lideri ilə təkbətək görüşdə Yaponiya və Cənubi Koreya rəhbərlərini şoka saldığını unutmayıblar. Tramp həmin görüşdə Kim Çen Ina söz vermişdi ki, Cənubi Koreya ilə birgə hərbi təlimlərə son qoyulacaq. Hansı ki, həmin görüşdən əvvəl belə bir mövzu müttəfiqlər arasında qətiyyən müzakirə olunmamışdı. Bu üzdən analitiklər Trampın bu tip görüşlərdə gözlənilməz qərarlar və vədlər verməsinin Qərb dövlətləri üçün ciddi təhlükə mənbəyi olması qənaətindədirlər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar