Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Ərdoğan hansı səbəbdən Qlazqoya getmədi?

Baxılıb: 459     Tarix: 01-11-2021 13:15   

Romaya səfərini başa vuraraq oradan Qlazqo şəhərinə yollanmalı olan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qayıdıb.
Qanunvehedef.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan və onu müşayiət edən heyəti daşıyan özəl təyyarə yerli vaxtla 01:20-də Atatürk Hava Limanında eniş edib.
Türkiyə mediası Ərdoğanın hansı səbəbdən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında (COP26) iştirak etməkdən imtina etdiyi barədə məlumat verməyib. Lakin bununla yanaşı, “Reuters” agentliyi Ərdoğanın protokolla bağlı yaranan problemə görə səfərini təxirə saldığını yazıb.
Türkiyəli yüksək rütbəli bir məmurun sözlərinə görə, səfərin təxirə salınmasına səbəb Türkiyənin protokol və təhlükəsizliklə bağlı tələblərinin Böyük Britaniya tərəfindən tam yerinə yetirilməməsi olub.
“Təhlükəsizlik üçün tələb olunan avtomobil sayı və təhlükəsizliklə bağlı digər bəzi tələblərimizin tam olaraq qarşılanmaması səbəbindən cənab Prezident belə bir qərar verdi. Biz də belə vacib bir sammitdə iştirak etməyə əhəmiyyət verirdik, lakin bunu etmək lazım gəldi”, - deyə məmur əlavə edib.
Qeyd edək ki, Ərdoğan Romada oktyabrın 30-dan 31-nə qədər keçirilən G20 sammitində iştirak edib. Türkiyə Prezidentinin Şotlandiyanın Qlazqo şəhərində noyabrın 1-12-sində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında (COP26) da iştirak etməsi gözlənilirdi.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar