Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

irinovski Baqdasarovun önündə dovşana döndü – Bakı…

Baxılıb: 542     Tarix: 04-07-2018 15:39   

Dünən “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırdı. Bunu anladıq, Baqdasarov ermənidir və “Qarabağ Azərbaycanındır” deyəni hədəf götürməlidir.
Qanunvehedef.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi məsələ ilə bağlı bəzi məqamları bölüşüb:
“Birincisi, Cocuq Mərcanlıya səfər edən rusiyalı deputat Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiyasının üzvüdür. Jirinovski proqramda deputatını müdafə etməkdənsə, Baqdasarovun “məhv edilməlidir” sərsəmləməsinə “razıyam” cavabını verdi. Ayrı vaxt Jirinovski nərildəyir, Baqdasaryanın qarşısında isə dovşana dönmüşdü.
İkincisi, proqramın aparıcısı deputatı ölümə səsləyən ekspertdən qanuna hörmət etməyi tələb etmək əvəzinə rusiyalı deputatın Ermənistanı deyil, Azərbaycanı Rusiyanın müttəfiqi adlandırmasını əsas gətirərək Baqdasarova dəstək verdi.
Üçüncüsü, Jirinovski və Solovyov əvvəlkitək Dağlıq Qarabağın işğalını və Ermənistanı dəstəkləyirsə, onların Bakıya gəlişlərindən nə fayda əldə etmişik?”



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar