Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyədə dəhşətli qatar qəzası: ölənlərin sayı atdı - Foto

Baxılıb: 477     Tarix: 09-07-2018 10:24   

Türkiyənin Kapıkule-İstanbul dəmir yolu xəttində sərnişin qatarının bir vaqonu aşıb.
Qanunvehedef.az xəbər verir ki, Təkirdağın Çorlu mahalının Sarılar səmtində baş verən hadisə nəticəsində ölən, yaxud yaralananların olub-olmaması barədə məlumat verilmir.
Vaqonun hansı səbəbdən relsdən çıxdığı bəlli deyil.
Əraziyə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.
***
Məlumata görə, qatarın 1 deyil, 5 vaqonu relsdən çıxıb.
Hadisə nəticəsində ölən və yaralananların olduğu deyilsə də, sayla bağlı dəqiq məlumat yoxdur.
Üstəlik, qəzanın baş verdiyi ərazinin palçıqlı olması təcili yardım maşınlarının işini xeyli çətinləşdirib.
Əraziyə helikopterlərin göndərildiyi bildirilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq olayla bağlı məlumat alıb.
***
"Star" qəzetinin yaydığı məlumata görə, qəzada 10 sərnişin ölüb, 73-ü isə yaralanıb.
***
Türkiyə hökuməti ərazidə torpaq sürüşməsinin baş verməsi səbəbindən qəzanın meydana gəldiyini bəyan edib.
***
Türkiyədəki dəhşətli qəza nəticəsində həlak olanların sayı 24-ə yüksəlib.
Bu barədə Türkiyənin Baş nazir müavini Rəcəb Ağdağ mətbuat konfransında bildirib.
Səhiyyə naziri Əhməd Dəmircan isə qəzadan sonra xəstəxanalara ümumilikdə 318 nəfərin gətirildiyini, onlardan 194 nəfərin ambulator yardım göstərildikdən sonra evə buraxıldığını, 124 nəfərin isə hələ də xəstəxanada müalicə aldığını bildirib.шаблоны для dle 11.2