Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Adnan Oktar 235 tərəfdarı ilə həbs edildi

Baxılıb: 522     Tarix: 11-07-2018 10:23   

Türkiyədə özünü din adamı kimi təqdim edən Adnan Oktar və tərəfdarlarının həbs edilməsi istiqamətində əməliyyat keçirilib.
Qanunvehedef.az xəbər verir ki, mərkəzi İstanbul olan 5 mahalda Adnan Oktarın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olduğu iddia olunan 235 nəfərin yaxalanması üçün işlər başladılıb.
Məlumata görə, Adnan Oktar özü də İstanbulun Çəngəlköy bölgəsində saxlanılıb. Oktar və mühafizəçilərinin polisə müqavimət göstərdiyi qeyd olunur. Bundan əlavə, Oktarın verilişlərini canlı yayımlayan A9 TV telekanalı da əməliyyat keçirilən ünvanlar sırasında olub.
Adnan Oktar haqqında qaldırılan ittihamlar olduqca genişdir. Bunlar arasında cinayətkar dəstə yaratmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, uşaq qaçırılması, şəxsi azadlıqdan məhrumetmə, dini inanc və hislərin istismar edilməsi, saxtakarlıq, cinayət yolu ilə əldə olunmuş pulun yuyulması, şəxsi həyatın gizliliyinin pozulması, terrorla mübarizə qanununa müxalif mövqe, təhdid, iftira, xalqı hərbi xidmətdən yayındırmağı göstərmək olar. İttihamlar arasında ən diqqətçəkəni isə Oktarın siyasi və hərbi casusluq etməsidir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar