Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İranda "İnstagram" əməliyyatı: 46 nəfər tutuldu

Baxılıb: 823     Tarix: 17-07-2018 16:53   

İran polisinin keçirdiyi "İnstagram" əməliyyatı nəticəsində 46 nəfər həbs edilib.
Bəndər Abbas şəhərində həyata keçirilən əməliyyatda "İnstagram" sosial şəbəkəsində "uyğunsuz" adlandırılan paylaşımlar edən 46 nəfər polis bölməsinə aparılıb.
8-i qadın olmaqla "İnstagram"da açıq-saçıq və cəmiyyət tərəfindən qəbul edilməyən fotolar paylaşan şəxslərin bəziləri fotoqraf, bəziləri isə gözəllik və şadlıq saraylarında işləyirlər.
Polisdən verilən açıqlamada onların "İran mədəniyyətinə qəsdən zərər vermək"də təqsirləndirildikləri məlum olub.
Xatırladaq ki, İranda "Facebook" və "Twitter" sosial şəbəkələri 2009-cu ildən etibarən qadağan edilib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar