Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Moskvada Xəzərlə bağlı sessiya: protokol imzalandı

Baxılıb: 537     Tarix: 20-07-2018 16:39   

Moskvada “Xəzərin dənizətrafı mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın (Tehran Konvensiyası) Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər nazirliyinin məlumatına görə, Azərbaycan Respublikasını sessiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sessiya zamanı “Xəzərin dənizətrafı mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasına Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokol” beş Xəzəryanı ölkə tərəfindən imzalanıb. Protokolun məqsədi Xəzər dənizi hövzəsində nəzərdə tutulan təsərrüfat fəaliyyətlərinin gözlənilən təsirlərindən qorunması üçün ətraf mühitə təsirlərin transsərhəd qiymətləndirilməsinin aparılması, şəffaflıq və davamlı inkişaf prinsiplərinin təmin olunmasıdır.
Qeyd edək ki, Konvensiya 12 avqust 2006-cı il tarixində qüvvəyə minib.
Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar