Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ukrayna Azov dənizini minalaya bilər? - Rus admiral

Baxılıb: 518     Tarix: 20-07-2018 16:47   

Ukrayna Hərbi Dəniz Qüvvələrinin zəruri güc və vasitələrinin çatışmazlığını nəzərə alsaq, bu ölkənin Azov dənizini minalaması nə siyasi, nə hərbi nöqteyi-nəzərdən mümkün görünür.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiyanın Qara dəniz donanmasının keçmiş komandanı, Hərbi Dəniz Donanmasının Baş Qərargah rəisi admiral Viktor Kravçenko danışıb:
“Ukrayna Hərbi Dəniz Qüvvələri SSRİ-nin Qara dəniz donanmasının bölüşdürülməsindən sonra mina arsenalının əhəmiyyətli bir hissəsini əldə etsə də, çətin ki, onlar saxlanılıb. Bundan əlavə, hələ minaları quraşdırmaq və bunun üçün Qara dənizdən Azov dənizinə (əgər Rusiya donanması icazə versə) daxil olmaq lazımdır”.
Admiralın sözlərinə görə, Azov dənizi ölçüləri etibarı ilə kiçikdir və buna görə də minaların quraşdırılması dənizçilərdən xüsusi peşəkarlıq tələb edir. Ukrayna donanmasının zəif hazırlığı və gəmilərinin çatışmaması isə bu tip vəzifəsinin öhdəsindən gəlinməsini imkansız edir.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Sergey Qayduk Azov dənizinin mütləq minalanmalı olduğunu bildirmişdi.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar