Xəbər lenti
04/11/2026 [11:29]
Dəfn pulu da artırılır
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Türkiyə ABŞ-a qarşı HƏRƏKƏTƏ KEÇMƏLİ VƏ... - "Dərin dövləti"n adamından Trampa TƏRS ŞİLLƏ

Baxılıb: 524     Tarix: 27-07-2018 10:50   

Bu təhdid ABŞ-Türkiyə cəbhələşməsinin bir nəticəsidir. Türkiyə keşişin başına tac da taxsa, bu proses davam edəcək.
Qanunvehedef.az "axar.az"a istinadən xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının başqanı Doğu Perinçək Trampın keşiş Endryu Bransonun sərbəst buraxılmaması ilə bağlı təhdidinə münasibət bildirərkən deyib.
"ABŞ PKK-ya açıq şəkildə silah verir, FETÖ-nu dəstəkləyir, Türkiyə də Rusiya, Çin, İran, İraqla ittifaq yaradır. Böyük Britaniya, Almaniya və Fransa da buna dəstək verir. Türkiyə bu təhdidlər qarşılığında sürətli bir şəkildə İncirilik bazasını ABŞ-ın istifadəsinə bağlamaq məcburiyyətindədir. Digər bazalarla bağlı da eyni tədbirlər görülməlidir. Trampın təhdidinə ən təsirli cavablardan biri də Suriyada verilməlidir. Türkiyə dərhal Suriya ilə əməkdaşlığa getməlidir", - Perinçək qeyd edib.
Qeyd edək ki, Tramp keşiş Bransonun tamamilə azad olunmayacağı təqdirdə Türkiyəyə sanksiya tətbiq ediləcəyini açıqlayıb.
Xatırladaq ki, Doğu Perinçəkin Türkiyə "dərin dövləti"nə bağlı olduğu deyilir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar