Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İrəvanda rus qorxusu: Zabitlərimizi göndəririk, lakin...

Baxılıb: 470     Tarix: 31-07-2018 11:18   

Ermənistan Müdafiə Nazirliyi NATO-nun tədbirinə qatılmasına haqq qazandırmaq üçün müxtəlif bəhanələr səsləndirməyə başlayıb.
Qanunvehedef.az xəbər verir ki, Gürcüstanda avqustun birində start götürəcək NATO-nun “Layiqli tərəfdaş 2018” təlimi haqqında öz Feysbuk səhifəsində fikirlərini bölüşən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan, Rusiyanın qəzəbindən qorunmaq üçün bu təlimin NATO yox, guya Gürcüstanın keçirdiyini iddia edib.
“Təlimdə 4 erməni zabit iştirak edir. Təlim ABŞ-ın Avropadakı Quru Qoşunları və Gürcüstan Silahlı Qüvvələrinin birgə iştirakı ilə Vaziani və Norio bazalarında keçiriləcək. Təlimi NATO təşkil etməyib, amma burada iştirak üçün dəvət NATO üzvləri və tərəfdaşlarına göndərilib. Erməni zabitləri təlimə Gürcüstan Müdafiə Nazirliyi dəvət edib”, - deyə o bildirib.
Qeyd edək ki, təlim avqustun 15-də başa çatacaq. Təlimdə 13 ölkədən (Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Fransa, Estoniya, Birləşmiş Krallıq, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və ABŞ) 3000-dən artıq hərbi qulluqçu iştirak edəcək.
Keçən il Ermənistan bu təlimə 40 nəfərlik kontingentlə qatılmışdı.шаблоны для dle 11.2