Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kreml Paşinyanı cəzalandırır: 100 milyonluq razılaşma ləğv edilir

Baxılıb: 506     Tarix: 02-08-2018 10:14   

Ermənistanın hazırkı hakimiyyətinin keçmiş rəhbərlərə qarşı təqibləri Moskva ilə İrəvan münasibətlərində fikir ayrılığına səbəb olub və tərəflər arasında daha güclü mübahisə yarada bilər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Kommersant” qəzeti özünün Rusiya hakimiyyətindəki mənbələrinə istinadən yayıb. Qəzet Moskvanı ən çox qəzəbləndirən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Yuri Xaçaturovun məhkəməyə cəlb edilməsi olduğunu bildirib:
“Kreml bunu hərbi blokun imicinə ciddi zərbə hesab edir və KTMT rəhbərliyinin bundan sonra başqa ölkəyə keçəcəyini istisna etmir. Digər tərəfdən isə Ermənistanla əvvəlcədən razılaşdırılmış 100 milyon dollarlıq silah tədarükü də sual altına düşüb”.
“Kommersant” Xaçaturova qarşı ittihamların olacağı ilə bağlı KTMT-nin əvvəlcədən xəbərdar edilmədiyini və ən çox bunun Moskvada qəzəbə səbəb olduğunu söyləyib:
“Mənbəmiz istisna etmir ki, Xaçaturovu və KTMT-ni ləkələmək cəhdi xarici oyunçular tərəfindən təşkil edilib. Hazırda baş katib vəzifəsi ilə nə olacağı aydın deyil.
İstənilən halda baş katib məsələsinə 8 noyabrdan tez aydınlıq gətirilməyəcək. Məhz bu tarixdə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası toplanacaq. Ermənistandakı mübahisələr alyansın imicinə güclü zərbə vurur, amma nədənsə İrəvanda bunu heç kim anlamır. Əgər baş katib vəzifəsinə yeni erməni namizəd təsdiqlənməsə, o zaman baş katiblik vəzifəsi Belarusa veriləcək”шаблоны для dle 11.2