Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Lirəyə ağır zərbə: Türk ekspertlərdən bədbin proqnoz

Baxılıb: 379     Tarix: 02-08-2018 14:18   

ABŞ-la Türkiyə arasındakı gərginlik dolları yenidən rekord həddə çatdırıb.
Qanunvehedef.az xəbər verir ki, bu gün səhər saatlarında 4,98 lirə olan dollar yenidən 5 lirəni keçməyi bacarıb. Dünənki 5,01 lirəlik rekordunu dollar bu gün 5,09 lirə ilə təzələməyi bacarıb.
Artıq ekspertlər sanksiyalarla bağlı həyəcan təbili çalmağa başlayıb. Türkiyə mətbuatına açıqlama verən “Bluebay Asset Management” şirkətinin analitiki Timoti Aş Türkiyə bazarlarının kövrək olduğunu bildirib:
“ABŞ indiki dövrdə böyük zərərə səbəb olacaq gücə sahibdir. Əgər iqtisadi silahını Türkiyəyə yönəltsə, o zaman ABŞ-Türkiyə münasibətlərində geridönüş mümkün olmaya bilər. ABŞ sanksiyalar üçün Putinin yaxın ətrafına qarşı uyğuladığı metodlardan yararlanır. ABŞ sanksiyaları Türkiyəni İran və Rusiyaya yaxınlaşdıra bilər. Əgər Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Türkiyəyə qarşı da yönəlsə, o zaman Rusiyadakı şəraitdən daha pis vəziyyət yaranar. Türkiyə iqtisadiyyatı hələ ABŞ-ın Türkiyəyə viza qadağaları tətbiq etdiyi zaman ziyan çəkmişdi. Məhz bu böhrana görə Türkiyə 2016-da ABŞ-dan gələn turistlərin 42%-ni, turizm gəlirlərinin isə 41%-ni itirmişdi”.
Türkiyəli ekspert Ənvər Ərkan isə ABŞ-la yaşanan böhranın digər insidentlərə bənzəmədiyini bildirib:
“Bu, lirə ilə bağlı qorxulu ssenaridir. Baş verəcəcək hadisələr çox kritikdir. Pompeo ilə Çavuşoğlunun üz-üzə görüşü olacaq. Hər şey Hollandiya ilə yaşanan böhrana bənzəməyəcək. Sanksiyalar Türkiyə üçün çox pis olacaq. Ona görə də lirənin bundan sonra nə qədər bahalaşacağını söyləmək çətindir”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar