Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rus general İrəvanda: 100 milyonluq silahın taleyi

Baxılıb: 525     Tarix: 03-08-2018 09:38   

Rusiya Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Ermənistana gəlib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Fomin İrəvanda Ermənistan Müdafiə naziri David Tonoyanla görüşüb. Tərəflər arasında əsas müzakirə mövzusu hərbi-siyasi əməkdaşlıq və prioritet proqramlar olub. Fominlə Tonoyan həmçinin Gümrü bazasının fəaliyyəti məsələlərinə də toxunublar.
Fomin İrəvanda Ermənistan Xarici İşlər naziri Zoqrab Mnatsakanyanla da görüşüb.
Qeyd edək ki, Fomin Rusiya Müdafiə Nazirliyində hərbi diplomatiya sahəsini kurasiya edir. Bununla bərabər hərbi-texniki əməkdaşlıq məsələləri də onun öhdəliyindədir.
Bundan öncə Rusiya mətbuatı KTMT baş katibi Yuri Xaçaturovun həbsi məsələsinin Moskvanı qəzəbləndirdiyi haqqında məlumat yayıb. Mətbuat Rusiyanın məhz buna görə Ermənistana 100 milyon dollarlıq silah tədarükünü təxirə salmaq istədiyini bildirib.шаблоны для dle 11.2